İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi “Hiperkonvergent virtualizasiya mərkəzləşdirilmiş sisteminin qurulması”nın satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Caspel” MMC olub. Şirkətlə 2 milyon 983 min 974.56 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də qurumun 610 min 763.28 manat dəyərindəki “Cisco şəbəkə avadanlıqlarına və sistemlərinə texniki dəstək xidmətinin göstərilməsinin, lisenziyaların və quraşdırma işlərinin görülməsi”nin satın alınması" tenderinin qalibi seçilib (12.12.2022).