İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi bir-birinin ardınca iki tender müqaviləsi bağlayıb.
FED.AZ xəbər ki, hər iki tender müqaviləsinin qalibi “Caspel” MMC olub. Şirkətlə "Hiperkonvergent virtualizasiya mərkəzləşdirilmiş sisteminin qurulması”nın satın alınması” tenderi üzrə 2 milyon 983 min 974.56 manat, “Cisco şəbəkə avadanlıqlarına və sistemlərinə texniki dəstək xidmətinin göstərilməsinin, lisenziyaların və quraşdırma işlərinin görülməsi”nin satın alınması” tenderi üzrə 610 min 763.28 manatlıq müqavilə imzalanıb. Hər iki tenderin ümumi dəyəri 3 milyon 594 min 737.84 manatdır.
Qeyd edək ki, şirkətlə bundan əvvəl qurumun 418 min 504.23 manat məbləğindəki “Server otağının yaradılması, kabel çəkilişi, mövcud şəbəkə sisteminin yenilənməsi işlərinin görülməsi və işlərin görülməsi ilə bağlı tələb olunan mal-materialları”nın satın alınması” üzrə müqavilə bağlanılıb (19.12.2022)