İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2026-cı il üzrə müxtəlif informasiya texnologiyaları və texniki dəstək xidmətlərinin satın alınması ilə bağlı müqavilələr imzalanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Xidmət "Bir mənbə" metodu ilə ümumi dəyəri 2 927 996 manat olan 4 satınalma həyata keçirib.
Qalib şirkətlər və göstəriləcək xidmətlər aşağıdakı kimidir:
-
“Cybernet” MMC – 2026-cı il üzrə AVİS-in altsistemlərinə, elektron portal və məlumat bazalarına xidmətin göstərilməsi (2 aylıq). Müqavilənin dəyəri 1 904 237 manat təşkil edir.
-
"Caspel" MMC – 2026-cı il üzrə server infrastrukturuna, fərdi kompüterlərə, periferiya qurğularına, korporativ rabitə şəbəkəsinə, proqram təminatına texniki və istismar xidmətlərinin göstərilməsi (2 aylıq). Müqavilənin dəyəri 552 627 manat təşkil edir.
-
"Nooga Development AZ" MMC – 2026-ci il üzrə Dövlət Vergi Xidmətinin istifadəsində olan proqram təminatılarına texniki dəstəyin göstərilməsi (“PKS AİS” , “DeepSage”, “TAXESBI”, "Common Reporting Standarts") (2 aylıq). Müqavilənin dəyəri 422 317 manat təşkil edir.
-
"Digital Sors" MMC – 2026-cı il üzrə vergi ödəyicilərinə xidmət mərkəzlərinin AKİS növbə, sorğu və qeydiyyat aparatlarına, səsyazma və video müşahidə qurğularına və proqram təminatına texniki xidmət (2 aylıq). Müqavilənin dəyəri 48 815 manat təşkil edir.










