Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi portativ anbarlarla bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1003853391
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27, 3-cü mərtəbə.
Müsabiqənin başlama tarixi və vaxtı: 20.06.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 14.07.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 24.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 25.07.2023 17:00
Satınalma müqaviləsi üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) satınalan təşkilat tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq satınalma müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə malgöndərənə (podratçıya) ödənilir. Müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər malgöndərən (podratçı) tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat 15 bank günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab olunur. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 15 bank günü müddətində satınalan təşkilatla malgöndərən (podratçı) arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ malgöndərənə (podratçıya) ödənilir.
Çatdırılma yeri - Bakı şəhəri (2 ünvan üzrə), Lənkəran, Naftalan, Sumqayıt, Şirvan, Şəki
Çatdırılma müddəti - 01.12.2023-cü il tarixədək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mütləqdir, sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməlidir
Maliyyə vəziyyəti haqqında bank arayışı
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Qulu Hüseynli, Satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: +994125259209
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
1 saylı URM Təsərrüfat və təmizlik malları anbarı |
Daşına bilən, tam təmirli, divar boyu uzununa 5 rəfli sendviç panel materialdan hazırlanmış anbar Anbar ölçüləri 3.00*5.00*2.90 metr. Qalınlığı minimum 50mm-80mm Panelin sıxlığı minimum 40kq/m³ Rəflər arası 30smx30sm. 2 ədəd led lampa 2 ədəd havalandırma pəri 1 ədəd kondinsionar 40kv 1 ədəd plastik qapı ölçüləri 200x90sm Anbarın alt hissə ağır çəkilərə davamlı platforma (dəmir konstruksiya ilə bərkidilmiş) formasında. |
1 |
ədəd |
2 |
Şirvan RM Təsərrüfat və invertarlar üçün anbar |
Daşına bilən, tam təmirli, sendviç panel materialdan hazırlanmış anbar Anbar ölçüləri 3.00*6.00*2.60 metr. Qalınlığı minimum 50mm-80 mm Panelin sıxlığı minimum 40 kq/m³ Rəflərə ehtiyyac yoxdur 2 ədəd led lampa 2 ədəd Havalandırma pəri 1 ədəd kondinsionar 40kv 1 ədəd plastik qapı ölçüləri 200x90 sm Anbarın alt hissə ağır çəkilərə davamlı platforma (dəmir konstruksiya ilə bərkidilmiş) formasında. |
1 |
ədəd |
3 |
RRM - Təsərrüfat malları anbarı |
Daşına bilən, tam təmirli, sendviç panel materialdan hazırlanmış anbar 4 rəfli divardan çıxıntı hissəsi 40 sm, hündürlük məsafəsi 50 sm. Pəncərə hər konteynerə 1 ədəd (qapıdan əks istiqamətdə) (pəncərə ölçüsü 50sm*70sm). Elektrik təchizatı - 2 ədəd 30x30 led lampalar 6 ədəd, 1 ədəd rozetka, 1 ədəd vklyuçatel), ,2 ədəd Havalandırma pəri,1 ədəd kondinsionar 40kv Anbar ölçüləri 3.00*6.00*2.60 metr.,Panelin sıxlığı minimum 40 kq/m³, qalınlığı minimum 50m-80 mm,1 ədəd plastik qapı ölçüləri 200 x 90 sm,alt hissə ağır çəkilərə davamlı platforma (dəmir konstruksiya ilə bərkidilmiş) formasında. |
1 |
ədəd |
4 |
Tibbi anbar, Respublika Reabilitasiya Mərkəzi |
Daşına bilən, tam təmirli, sendviç panel materialdan hazırlanmış, 4 mərtəbəli rəflər, divardan çıxıntı hissəsi 40 sm, hündürlük məsafəsi 50 sm. Pəncərə hər konteynerə 1 ədəd (qapıdan əks istiqamətdə) (pəncərə ölçüsü 50sm*70sm). Elektrik təchizatı - 30x30 led lampalar 6 ədəd, 2 ədəd rozetka, 1 ədəd vklyuçatel), ,2 ədəd Havalandırma pəri,1 ədəd kondinsionar 40kv, Anbar ölçüləri 3.00*5.00*2.60 metr.,Panelin sıxlığı minimum 40 kq/m³, qalınlığı minimum 50mm-80 mm,1 ədəd plastik qapı ölçüləri 200 x 90 sm,alt hissə ağır çəkilərə davamlı platforma (dəmir konstruksiya ilə bərkidilmiş) formasında. |
1 |
ədəd |
5 |
Təsərrüfat malları anbarı, Lənkəran Reabilitasiya Mərkəzi |
Daşına bilən, tam təmirli, sendviç panel materialdan hazırlanmış, Rəfsiz, Ehtiyac yoxdur, Konteynerin tavanında 3 əd. 22,5x22,5 sm-lik led plafon və giriş hissədə 1 əd. elektrik yuvası., Konteynerin arxa divarında dəmir qəfəsli 2 nəfəslik (40x60 sm.) və ya 1 pəncərə (100x120 sm).,2 ədəd led lampa ,2 ədəd Havalandırma pəri,1 ədəd kondinsionar 40kv, Anbar ölçüləri 2.40*6.00*2.60 metr.,Panelin sıxlığı minimum 40 kq/m³, qalınlığı minimum 50 mm-80mm,1 ədəd plastik qapı ölçüləri 200 x 90 sm,alt hissə ağır çəkilərə davamlı platforma (dəmir konstruksiya ilə bərkidilmiş) formasında. |
1 |
ədəd |
6 |
Mebel və avadanlıq anbarı, Şəki Reabilitasiya Mərkəzi |
Daşına bilən, tam təmirli, sendviç panel materialdan hazırlanmış, Rəflərə ehtiyac yoxdur. Ümumi olaraq 4 ədəd işıqlandırıcı panel (ayrıcıları tək -tək) və iki ədəd elektirik yuvası ilə təmin olunmalıdır. Sağ hissədə 3 ədəd pəncərə (ön hissədən dəmir məhəccərli) olmalıdır, 1 ədəd kondisoner-60 kv.m havalandırma pəri- 2ədəd , Anbar ölçüləri , 3.00*12.00*2.60 metr.,qalınlığı minimum 50 mm-80mm,1 ədəd plastik qapı ölçüləri 200 x 90 sm,alt hissə ağır çəkilərə davamlı platforma (dəmir konstruksiya ilə bərkidilmiş) formasında. |
1 |
ədəd |
7 |
Anbar, Sumqayıt Reabilitasiya Mərkəzi |
Daşına bilən, tam təmirli, sendviç panel materialdan hazırlanmış, divar boyu uzununa 5 mərtəbəli rəflər. Rəflər arası 0,3 X 0,3 m. Polkalar olmalıdır. Sağ sol istiqamətdə rəflər nəzərdə tutulsun., 1 ədəd 45 kv kondisioner,2 ədəd işıqlandırıcı panel ,havalandırma pəri- 2ədəd,Anbar ölçüləri 3.00*5.00*2.60 metr. Panelin sıxlığı minimum 40 kq/m³, qalınlığı minimum 50 mm-80mm,1 ədəd plastik qapı ölçüləri 200 x 90 sm,alt hissə ağır çəkilərə davamlı platforma (dəmir konstruksiya ilə bərkidilmiş) formasında. |
1 |
ədəd |
8 |
Təsərrüfat malları anbarı, Naftalan Reabilitasiya Mərkəzi |
Daşına bilən, tam təmirli, sendviç panel materialdan hazırlanmış, Divar boyu uzununa 5 mərtəbəli rəflər. Rəflər arası 0,4 m. Dərinlik 0,5 m, , konteyner - yanğın siqnalizasiya sistemi ilə təchiz olunmuş qaydada, istiyə, soyuğa və rütubətə qarşı izoliyasiyalı, güclü küləyə və yağışa dözümlü olmaqla 1 ədəd dəmir materialdan qoşa qapılı giriş qapısı, Giriş qapısının üzərində yağışdan qorunmaq üçün müvafiq ölçüdə naves - kontenyerin orta hissəsində çöl tərəfdə, 2 ədəd havaçəkən (fortuçka) - yuxarı əlçatan yerdə giriş qapısı olan tərəfdə qapının sağ və sol tərəflərində, 1 ədəd elektrik yuvası (razetka) və 1 ədəd elektrik açarı (vkluçatel) - giriş qapısının yanında içəridə, 1 ədəd elektrik avtomatı - giriş qapısının yanında yuxarıda əlçatan yerdə içəridə, 3 ədəd işıq plafonu - içəri tavanda, 1 ədəd 45 kv kondisioner,2 ədəd işıqlandırıcı panel ,havalandırma pəri- 2ədəd, 1 ədəd elektrik yuvası (razetka) - kondisionerin yanında yuxarı hissədə 1 ədəd işıq plafonu giriş qapısının üzərində çöl tərəfdə., Anbar ölçüləri 3.40*7.00*2.90 metr. Panelin sıxlığı minimum 40 kq/m³, qalınlığı minimum 50 mm-80mm,1 ədəd plastik qapı ölçüləri 200 x 90 sm,alt hissə ağır çəkilərə davamlı platforma (dəmir konstruksiya ilə bərkidilmiş) formasında. |
1 |
ədəd |