Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi açıq tender elan edir
FED.az xəbər verir kİ, elanda mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemləri vasitəsilə vətəndaşlara göstərilən elektron və proaktiv xidmətlər üzrə sms məlumatlandırma sistemi üçün balans artırılması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1003853391
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27, 3-cü mərtəbə.
Müsabiqənin başlama tarixi və vaxtı: 08.06.2023 14:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 04.07.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 12.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 13.07.2023 17:00
"Sifarişçi” satınalınan mallar üçün “İcraçı”ya müqavilə dəyərinin 30 (otuz) faizi həcmində avans ödəyə bilər. Avans ödənişi “İcraçı” tərəfindən avans ödənişi üçün tələb olunan avans məbləği həcmində bank zəmanəti təqdim edildikdən sonra həyata keçirilir.
Çatdırılma yeri - Respublika ərazisi üzrə
Çatdırılma müddəti - Müqavilə onun 100% hissəsi icra edilənədək qüvvədə qalır.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayış
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Faiq Babayev, Satınalma üzrə baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994125259209
Sayı - 5 000 000 ədəd