Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Tikilməkdə olan obyektlərin müdiriyyəti” PHŞ tərəfindən elan olunmuş tender ləğv edilib.
AMB tender keçirdi, maraq göstərən şirkət tapılmadı - DETALLAR
FED.az xəbər verir ki, tender Zərdab rayonunun Dəkkoba kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə elan edilmişdi.
Müsabiqə 14 aprel 2025-ci il saat 12:00-da dərc olunmuş, təkliflərin son təqdim olunma tarixi və zərflərin açılışı 22 aprel 2025-ci il saat 16:00-a təyin edilmişdi. Layihənin ehtimal olunan dəyəri 10 494 050 manat təşkil edirdi.
Lakin nəzarət orqanının qərarına əsasən, satınalma müsabiqəsi ləğv edilib, əlavə detallar açıqlanmayıb.