Azərbaycan Mərkəzi Bankının tenderi ləğv edilib.
Dövlət qurumunun 2 tenderi eyni səbəb ucbatından - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən elan olunmuş “SMS məlumatlandırma xidmətinin satın alınması” tenderi ləğv edilib. Müsabiqə 9 sentyabr 2025-ci il saat 14:54-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı isə 1 oktyabr 2025-ci il saat 17:00-da baş tutmalı idi. Ehtimal olunan qiymət 5 325 manat olaraq müəyyən edilmişdi.
Tenderin predmeti 1 il ərzində məlumat xarakterli mobil ismarıcların (SMS) göndərilməsi xidmətinin satın alınması, miqdarı isə 150 000 ədəd SMS idi.
Lakin satınalmada iştirak edən və qanunvericiliyə uyğun lisenziya və icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğuna görə, iştirakçı sayı Qanunla müəyyən olunmuş həddən aşağı olduğu üçün tender ləğv edilib.