“Azərişıq” ASC “Bərdə şəhəri ərazisində yerləşən mövcud 35/10 kV-luq "Səməd Vurğun" yarımstansiyasının 110 kV-luq yarımstansiyaya keçirilməklə yenidənqurulması” tenderinin nəticələrini elan edib.
Bakının bu rayonları abadlaşacaq, 57 milyon manatlıq - TENDERLƏR ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “İma-Energy” MMC (VÖEN: 1601005511) olub.
Qalib şirkətə 14 137 219 manat ödəniləcək.
Qeyd edək ki, “İma-Energy” QSC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 5 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şahin Tağızadə Əliş oğludur. Hüquqi ünvanı AZ1119, Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev, ev 33, m. 20 ünvanında yerləşir.