Azərbaycanın dövlət qurumu elan etdiyi kotirovka sorğusunda potensial namizədlərə cəmi 3,5 saat vaxt verib.
FED.az xəbər verir ki, "İçərişəhər" Muzey Mərkəzi "Şırvanşahlar Sarayı Kompleksi"-nin dam örtüyündə və həyətyani sahəsində təmir işləri kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
Eləcə də bax: 2019-da Azərbaycanda ən böyük - DÖVLƏT TENDERLƏRİNİ KİM QAZANIB - SİYAHI
Maraqlanan təşkilatlar 0124922910 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 18.12.2019 12:30 tarixinədək qəbul olunur. Ünvan: Böyük Qala, 41
Kotirovka elanında maraqlı məqam ondadır ki, sənəd qəbulu üçün vaxtın 18 dekabr saat 12-30-da başa çatdığı kotirovka sorğusu cəmi yarım gün əvvəl dekabrın 17-də elan edilib.
Eləcə də bax: Azərbaycanda ən kiçik dövlət tenderi – CƏMİ 6 MANAT - SİYAHI
Nəticədə namizədlərin kotirovka predmetini öyrənib təklifləri hazırlamaq üçün cəmi 3,5 saat vaxtı qalıb.
İçərişəhər qoruğunda kotirovka sorğusuna belə az vaxt verilməsini «ilin axırı olması və vaxtın azlığı» ilə izah ediblər.
Bununla yanaşı, qoruqdan FED.az-a bildirilib ki, əgər iştirakçının bütün lazımi lisenziyaları (o cümlədən tarixi obyektlərdə təmir işləri aparmaq üçün) varsa kotirovka sorğusunun müddəti bir gün artırmaq olar.