“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xüsusi təyinatlı nəqliyyat vasitələrinin satın alınması üçün 2025-ci il noyabrın 18- də elan etdiyi açıq tenderin müddəti uzadılıb.
FED.az xəbər verir ki, iştirakçılar [email protected] elektron poçt ünvanına yazılı müraciət etməklə prosedurun şərtlər toplusunu əldə edə bilərlər.
Təkliflərin təqdim olunması üçün son tarix 18 dekabr 2025-ci il saat 15:00-dəkdir.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Prosedur üzrə əlaqələndirici şəxs – Kənan Əliyev, satınalmalar üzrə aparıcı mütəxəssis,
kanan. [email protected], iş – (+99412) 4972600 daxili 4009.











