“Mərkəzi Klinika” MMC 2026-cı il üçün klinikanın əmlakının və 3-cü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası üzrə açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender 5 Lot üzrə keçiriləcək.
Lot-1. “Mərkəzi Klinika” MMC-nin binaları üzrə (icbari sığorta).
Lot-2. “Mərkəzi Klinika” MMC-nin manual- tibbi avadanlıqları üzrə.
Lot-3. “Mərkəzi Klinika” MMC-nin elektron cihazları üzrə.
Lot-4. “Mərkəzi Klinika” MMC-nin nəqliyyat vasitələrinin kompleks sığortası üzrə.
Lot-5. “Mərkəzi Klinika” MMC-nin 3-cü şəxslər qarşısındakı mülki məsuliyyəti üzrə.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır. Tenderdə iştirak etmək istəyən iddiaçılar lotlar üzrə aşağıda göstərilən ümumi iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Parlament prospekti 76 nömrəli ünvandan – “Mərkəzi Klinika” MMC-nin Hüquq şöbəsinə müraciət etməklə əldə edə bilərlər.
İştirak haqqı ümumilikdə 200 manat təşkil edir və heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün ilkin sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 18 mart 2026-cı il saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 1 aprel 2026-cı il saat 17:00-a qədər Bakı şəhəri, Parlament prospekti 76 nömrəli ünvanda yerləşən “Mərkəzi Klinika” MMC-nin Hüquq şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 14 aprel 2026-cı il saat 15:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Əlaqələndirici şəxs: Xəlilov Firudin Ələsgər oğlu.
Telefon:* (+994012) 492-10-92 (daxili: 12 11), (99450) 7724303











