Aqrar Sığorta Fondu tərəfindən işçilərin könüllü tibbi sığortası və nəqliyyat vasitələrinin sığortası üzrə elan edilmiş tenderlərin nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Fond ümumi dəyəri 16 624 manat olan müqavilələr imzalayıb. Satınalmaların nəticələri aşağıdakı kimidir:
"Qala Sığorta" ASC – İşçilərə könüllü tibbi sığorta xidmətinin satınalınması. Müqavilənin dəyəri 14 960 manat təşkil edir.
Təcili və təxirəsalınmaz tibbi yardım; Ambulator- poliklinik yardım; Fizioterapiya (20 seans) və müalicəvi masaj (20 seans ); Hospitalizasiya və stasionar yardım; Stomatoloji yardım- diş daşları təmizlənməsi daxil (bir nəfər üçün il ərzində limit 1000 azn); Dərman təchizatı (bir nəfər üçün il ərzində limit 1000 azn); Sığorta olunanın müqavilə ilə nəzərdə tutulmayan tibb müəssisələrində aparılan müalicə xərclərinin ödənilməsi; Profilaktik tibbi müayinə (check up). Əlavə təminatlar: Xroniki xəstəliklərin müalicəsi; Sığortalının sığorta dövründən əvvəl mövcud olan halların müalicəsi; Qripə qarşı vaksinasiya; Vitaminizasiya; Təcili vaksinasiyalar. Optik eynəklər(təchizatı (bir nəfər üçün il ərzində limit 300 azn) Qeyd: Qiymət təqdim edilərkən Fondun işçilərinin 44 nəfər (kişi 28 və qadın 16) olduğu və hər bir işçi üçün təqdim olunan sığorta məbləğinin 15 min manat müəyyən olunduğu nəzərə alınmalıdır.
"A-Qroup Sığorta Şirkəti" ASC – Nəqliyyat vasitələrinin “Kasko” və daşınar əmlakın sığortası xidmətinin satınalınması. Müqavilənin dəyəri 1 664 manat təşkil edir.
|
Başlıq |
Açıqlama | Miqdar | Ölçü vahidi | Kod | |
|---|---|---|---|---|---|
| 1 |
Daşinar əmlakın sığortası |
Bakı, 8 Noyabr pr., 175 (Aqrar Sığorta Fondu), Azərbaycan |
385 |
ədəd |
80161601 |
| 2 |
Volksvagen Polo 1.6 Respekt |
Volksvagen Polo Benzin Avtonəqliyyat vasitəsinin könüllü ( KASKO) sığortalanmaslı xidməti, azadolma (franşiza) 100,00 (bir yüz) manat olmaqla XW8ZZZCKZLG013118 DQN: 99-PN-844 buraxılış ili: 2020 |
1 |
ədəd |
84131503 |
| 3 |
Toyota Camry Comfort 2.5 A/T |
Toyota Camry Benzin Avtonəqliyyat vasitəsinin könüllü ( KASKO) sığortalanmaslı xidməti, azadolma (franşiza) 100,00 (bir yüz) manat olmaqla JTNBF4HK503048740 DQN: 99-PH-844 buraxılış ili: 2019 |
1 |
ədəd |
84131503 |
| 4 |
Renault Logan 1.6 M/T |
Renault Logan Benzin Avtonəqliyyat vasitəsinin könüllü ( KASKO) sığortalanmaslı xidməti, azadolma (franşiza) 100,00 (bir yüz) manat olmaqla X7L4SRLV464535978 DQN: 77-PG-564 buraxılış ili: 2019 |
1 |
ədəd |
84131503 |
| 5 |
Renault Logan 1.6 M/T |
Renault Logan Benzin Avtonəqliyyat vasitəsinin könüllü ( KASKO) sığortalanmaslı xidməti, azadolma (franşiza) 100,00 (bir yüz) X7L4SRLV464535979 manat olmaqla X DQN: 77-PG-563 buraxılış ili: 2019 |
1 |
ədəd |
84131503 |











