Dövlət Sərhəd Xidməti tərəfindən tibbi avadanlıqların satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Medsol" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin dəyəri 4 milyon 912 min 768 manat təşkil edir. Ehtimal olunan qiymət isə 4 milyon 979 min 648 manat idi.
Qeyd edək ki, "Medsol" MMC bu yaxınlarda (26.12.2025) daha bir tibb müəssisəsinin sifarişini icra etmək hüququ qazanıb. Şirkət "Yeni Klinika" Publik Hüquqi Şəxsi tərəfindən səssiz kabinlərin satınalınması üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 180 min 788 manat təşkil edib.
Ümumilikdə şirkət son günlərdə dövlət qurumları ilə dəyəri 5 milyon 93 min 556 manat olan müqavilələr imzalayıb.
Qeyd edək ki, "Medsol" MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 24 000 000 manatdır. Şirkətin qanuni təmsilçisi Qabil Salmanov Nazim oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 2F, m.0 ünvanında yerləşir.











