"Səhiyyənin Təminat Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən tibbi avadanlıqların satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Medsol" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 5 milyon 135 min 826 manat təşkil edir. Ehtimal olunan qiymət isə 5 milyon 176 min 651 manat idi.
Qeyd edək ki, "Medsol" MMC bundan əvvəl də həmin qurumun iri layihəsini icra edib. Şirkət "Səhiyyənin Təminat Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan müxtəlif tibbi ləvazimatlar və sərfiyyat materiallarının satınalınması üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 3 milyon 597 min 54 manat təşkil edib.
Qeyd edək ki, "Medsol" MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 24 000 000 manatdır. Şirkətin qanuni təmsilçisi Qabil Salmanov Nazim oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 2F, m.0 ünvanında yerləşir.











