Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi 2 tenderə yekun vurub.
Portaldan yayınmış 1,3 milyonluq tenderi - BU ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, qurum tenderlərin qalibi olduğu şirkətlərlə toplamda 2 273 551 manat dəyərində müqavilələr imzalayıb.
Belə ki, “İKT üzrə ixtisasartırma və stajkeçmə təlimləri xidmətləri” tenderinin qalibi “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC ilə 1 200 201 manat dəyərində müqavilə imzalanıb.
“Təhsil pillələri üzrə informasiya sistemlərinə texniki dəstək və digər xidmətləri” tenderinin qalibi “Edumedia-Azərbaycan” MMC ilə isə 1 073 350 manat dəyərində müqavilə imzalanıb.
Xatırladaq ki, Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi hər 2 tenderi dövlət satınalmaları portalından kənar elan edib.