Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Kəlbəcərdə yaşayış məntəqələrinin salınması ilə bağlı 3 tenderə yekun vurub.
Cəbrayılda 45,8 milyon manata yaşayış evləri tikiləcək - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, hər üç tenderin qalibi “Amazone” MMC olub.
Qalib şirkətlə toplamda 1 443 333 manat dəyərində müqavilələr imzalanıb.
Satınalma predmeti, və məbləğlər aşağıdaki kimi müəyyənləşdirilib :
| Satınalma Predmeti | Məbləğ (AZN) | 
| Kəlbəcər rayonunun 855 ailəlik (birinci mərhələdə -547 ailəlik) Zar kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri | 900 050 | 
| Kəlbəcər rayonu 487 ailəlik (birinci mərhələdə -350 ailəlik) Zallar kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri | 353 581 | 
| Kəlbəcər rayonu 421 ailəlik (birinci mərhələdə -218 ailəlik) Yanşaq kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri | 189 702 | 


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








