Şərqi Zəngəzur İqtisadi Rayonu 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti yaşayış evlərinin tikintisi ilə bağlı iri məbləğli tenderə yekun vurub.
FED.az xəbər verir ki, “Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi” işlərinin satın alınması işləri "19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ" MMC-yə (VÖEN: 4700367351) həvalə olunub.
Şirkətlə 45 milyon 739 min 887 manat məbləğində müqavilə imzalanıb.
"19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ" MMC bundan əvvəl həmin qurumun 4 milyon 100 min 259,7 manatlıq "Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdırılması üzrə topraq işlərinin satın alınması (2-ci elan)" tenderinin qallibi olub.