Mərkəzi Neftçilər Xəstəxanası "Delta Telekom LTD" MMC (VÖEN: 1700164781) ilə satınalma müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, bir mənbə üsulu ilə keçirilmiş tender müqavilsəinin dəyəri 19 946 manatdır.
Müqavilədə “Fiber optik kabel xətti üzərindən 12 aylıq dövr üzrə 100 Mbit/san sürətlə internet VLAN xidmətlərinin satın alınması” nəzərdə tutulur.
"Delta Telekom LTD" MMC daha öncə Sosial Xidmətlər Agentliyi ilə 29 252 manat məbləğindəki "Rabitə xidmətlərinin təchizatı" tenderi üzrə satınalma müqaviləsi imzalayıb (04.04.2023).