Bakı Dövlət Universiteti "İnternet xidmətinin satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Delta Telecom" (VÖEN: 1700164781) MMC-dir.
Qalib şirkətlə 63 720 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, "Delta Telecom LTD" MMC bundan öncə Dövlət Xəzinədarlığı Agentliyi ilə "Agentliyin Aparatında rabitə avadanlıqları və rabitə kanalları vasitəsilə göstəriləcək rabitə xidmətləri"nin satın alınması" 352 495 manat dəyərində müqavilə imzalayıb.
Ümumilikdə isə şirkət 2019-cu ildən indiyədək 38 tender üzrə satınalma müqaviləsi bağlayıb.