“Dövlət Sosial Müdafiə Fondu” PHŞ (VÖEN: 1300050781) Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.
Dövlət qurumu aylıq 112 min manata ofis icarələyir – FİZİKİ ŞƏXSLƏ 4,6 MİLYONLUQ MÜQAVİLƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi fiziki şəxs Bayramov Amil Qinyaz oğlu (VÖEN: 1003009142) olub.
Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 863 min 280 manat təşkil edib. Müqaviləyə görə, fiziki şəxs 2 min 750 kvadrat metr sahəni 18 aylıq icarəyə verib. Aylıq icarə haqqı 47 min 960 manat manat təşkil edib.
Bundan başqa, Bayramov Amil 2024-cü ildə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı tenderin də qalibi olub və tərəflər arasında 1 milyon 188 min manatlıq müqavilə imzalanıb. Müqaviləyə görə, fiziki şəxs 3 min kvadrat metr sahəni 28 aylıq icarəyə verib. Aylıq icarə haqqı 49 min 500 manat manat təşkil edib.














