İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeyri-yaşayış sahəsinin icarəsi üzrə satınalma həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi Ağazadə Rəşad Fərhad oğlu (VÖEN: 1802244792) olub. Müqavilənin dəyəri 48 000 manat təşkil edir.
Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə baş tutub.
Rəşad Ağazadə daha əvvəl (13.02.2023) də Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən həyata keçirilən satınalmanın qalibi olub. O zaman imzalanan icarə müqaviləsinin dəyəri 42 000 manat təşkil etmişdi.











