“Dövlət Məşğulluq Agentliyi“ PHŞ (VÖEN – 1300144711) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Şərqi Zəngəzur RMF üçün ofis icarəsi xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 99 414 manat təşkil edir.
Tələblər: Ofisin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 450 kvadrat metr (eyvan sahəsi daxil deyil) olmalıdır.
Ofis sahəsində minimum 5 - 6 otaq və hər mərtəbədə 1 mətbəx və minimum 2 sanitar qovşağı olmalıdır.
Ofis sahəsində ən azı 1 mərkəzləşdirilmiş server otağı mövcud olmalıdır və zəif axının (internet) server otağından birbaşa hər bir əməkdaşın fərdi komputerinə qoşulma imkanı olmalıdır.
Ofis sahəsində 1 sürətli sərnişin lifti olmalıdır.
Minimum 3 ədəd nəqliyyat vasitəsinin parklanması üçün yeraltı dayanacaq və ya həyətyanı sahəsi olmalıdır.
Ofis sahəsində 24 saat isti və soyuq su ilə təminat mövcud olmalıdır. İnzibati binanın ofis sahəsinə aid şüşə və fasad hissələrinin yuyulması ildə 2 dəfədən az olmamaqla təmin edilməlidir.
Təklif olunan sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarına uyğun olaraq Zona 4, Zona 5, Zona 6 (Zona 6.1,6.2,6.3), Zona 7-dən təklif edilməlidir. Ofis sahəsinin icarə 12 ay üçün nəzərdə tutulub.
Təkliflərin son təqdim olunma vaxtı 17 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 199 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Tarxan Hüseynli - Satınalma mütəxəssisi
[email protected]
+994 12 596 43 05
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 17 fevral 2026-cı il tarixinə qədər AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim edə bilərlər.











