Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi elan etdiyi tenderə yekun vurub.
DSX 1,2 milyon manatlıq təkərləri bu şirkətlərdən alır - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, tender elektron təhsil resurslarının satınalınması məqsədilə həyata keçirilib. Tenderin qalibi “Edumedia-Azərbaycan” MMC (VÖEN: 1401897631) olub.
Müqavilənin ümumi dəyəri 1.957.866,62 manat təşkil edir.
Qeyd edək ki, “Edumedia-Azərbaycan” MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 60 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan Abasov Rafis oğludur. Hüquqi ünvanı AZ1102, Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar, ev 19 B, m. 29 ünvanında yerləşir.