Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ümumi dəyəri 1.247.738,14 manat olan üç ayrı tenderin nəticələrini açıqlayıb.
BMU 100 əcnəbi tələbə üçün 177 min manatlıq müqavilə bağladı - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, satınalmalar nəticəsində qurumun balansına ümumilikdə 3 630 ədəd avtoşin daxil olacaq.
Dövlət Xidmətinin iki tenderini "İnport" MMC udub və 1 038 ədəd avtoşin müqabilində 925.960,16 AZN dəyərində sifariş qazanıb.
Üçüncü tenderin qalibi isə “NM Stock” MMC olub. Bu şirkət minik avtomobilləri üçün 2 592 ədəd avtoşin tədarük edəcək. Müqavilənin ümumi dəyəri 321.777,98 manat təşkil edib.
Daha detallı aşağıdakı cədvəldə:
№ |
Satınalma predmeti |
Qalibin adı |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
Həcm |
1 |
Xüsusi və yük maşınları (6x6) üçün yüksək keçid qabiliyyətli avtoşinlər |
"İnport" MMC |
531.651,36 AZN |
01.05.2025 15:47 |
454 ədəd avtoşin |
2 |
Zirehli texnikalar, kvodrasikllar və KAMAZ-43114 (43118) markalı avtomobillər üçün avtoşinlər |
"İnport" MMC |
394.308,8 AZN |
30.04.2025 17:09 |
584 ədəd avtoşin |
3 |
Minik avtomobilləri üçün avtoşinlər |
"NM Stock" MMC |
321.777,98 AZN |
28.04.2025 15:25 |
2592 ədəd avtoşin |