"Regional Su Meliorasiya Xidməti" PHŞ kənd təsərrüfatında istifadə olunan ağır texnikaların satın alınması ilə bağlı 3 iri tender elan edib.
Tenderə “dur” deyildi : 136 min manatlıq satınalma baş tutmadı - SƏBƏB
FED.az xəbər verir ki, tenderlərin ümumi ehtimal olunan məbləği 8 milyon 240 min 600 manatdır. Satınalmalar “Təkərli ekskavatorlar”, “Təkərli ekskavator yükləyiciləri” və “Tırtıllı ekskavatorlar” üzrə həyata keçiriləcək.
Daha ətraflı:
Təkərli ekskavatorların satın alınması
Birinci tender çərçivəsində 8 ədəd təkərli ekskavator alınması nəzərdə tutulur. Bu satınalma üçün ehtimal olunan qiymət 2.680.000,00 manat olaraq göstərilib. Müsabiqəyə qatılmaq istəyən iddiaçılar 1000 manat iştirak haqqı ödəməlidir.
Təkliflərin təqdim olunma tarixi və vaxtı: 20 may 2025-ci il, saat 17:00
Zərflərin açılış tarixi və vaxtı: 20 may 2025-ci il, saat 17:00
Təkərli ekskavator yükləyicilərinin satın alınması
İkinci tenderdə 20 ədəd təkərli ekskavator yükləyicisi alınacaq. Bu texnikaların alışı üçün 3.693.400,00 manat məbləğində ehtimal olunan qiymət göstərilib. Bu müsabiqədə də iştirak haqqı 1000 manatdır.
Təkliflərin təqdim olunma tarixi və vaxtı: 20 may 2025-ci il, saat 17:00
Zərflərin açılış tarixi və vaxtı: 20 may 2025-ci il, saat 17:00
Tırtıllı ekskavatorların satın alınması
Üçüncü tender 2 ədəd uzun qol tırtıllı ekskavator və 4 ədəd adi tırtıllı ekskavatorun alınmasını əhatə edir. Satınalma üzrə ehtimal olunan ümumi məbləğ 1.867.200,00 manat təşkil edir. Bu müsabiqəyə qatılmaq üçün tələb olunan iştirak haqqı isə 600 manatdır.
Təkliflərin təqdim olunma tarixi və vaxtı: 20 may 2025-ci il, saat 17:00
Zərflərin açılış tarixi və vaxtı: 20 may 2025-ci il, saat 17:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Elşad Fərəcov, Satınalmaların təşkili və müqavilələrin hazırlanması sektorunun müdiri
Email : [email protected] ;
Əlaqə telefonu : +994 12 377 0770 (dax.601)