“Azcon” holdinqə daxil olan “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC (VÖEN: 9900042211) “Rental Services” MMC (VÖEN: 2906829911) ilə satınalma müqaviləsi imzalayıb.
Dövlət qurumu aylıq 112 min manata ofis icarələyir – FİZİKİ ŞƏXSLƏ 4,6 MİLYONLUQ MÜQAVİLƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqaviləyə görə, dövlət qurumu şirkətdən 1 krossover tipli, 2 sedan tipli avtomobili 36 aylıq icarəyə götürür. Bunun üçün şirkətə 118 min 94 manat ödəniş olunub. Bir avtomobilin orta aylıq icarə haqqı 1 093 manat təşkil edir.
Xatırladaq ki, “Rental Services” MMC bundan əvvəl də dövlət qurumlarının tenderlərinin qalibi olub. Belə ki, bu ilin avqustunda şirkət “Azərbaycan Yerüstü Nəqliyya Agentliyi” PHŞ (VÖEN: 1506095421) ilə 407,1 min manatlıq müqavilə imzalanıb. Müqaviləyə görə, şirkət AYNA-ya 12 aylıq 30 sedan tipli avtomobil icarəyə verib. Bir avtomobilin orta aylıq icarə haqqı 1 131 manat təşkil edib.
Bundan başqa, 224-cü ilin oktyabrında Dövlət Radiotezliklər İdarəsi (VÖEN: 9900038911) ilə şirkət arasında 1 avtomobilin 12 aylıq icarəsi ilə bağlı 74 min 340 manatlıq müqavilə imzalanıb. Avtomobilin aylıq icarə haqqı 6 min 195 manat olub.
Qeyd edək ki, “Rental Services” MMC 2022-ci ilin sentyabrında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 309 min manat olan şirkətin qanuni təmsilçisi Abbasov Elnur İsmayıl oğludur. Şirkət Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev.108, m.13 hüquqi ünvanında yerləşir.














