Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Minik avtomobillərinin satınalınması” tenderinin nəticələrini elan edib.
Rəhbərlik üçün 74 min manatlıq, əlillər üçün 14 min manatlıq - AVTOMOBİLLƏR ALINDI
FED.az xəbər verir ki, tenderin qalibi “Toyota Absheron Merkezı” MMC olub.
Şirkətlə 296 350 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən buraxılış ili minimum 2023-cü il olan 4 ədəd sedan tipli minik avtomobil satın alınacaq.