Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi tibbi avadanlıqların alınması üzrə tenderin qalibini elan edib
FED.az xəbər verir ki, “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi” Qan Bankı və Qan Köçürmə Mərkəzi PHŞ üçün müasir tibbi avadanlıqların satın alınması məqsədilə tender keçirilib.
Tenderin qalibi “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Müqavilənin məbləği 3 milyon 412 min 878 manat 60 qəpik təşkil edir. Ehtimal oluna qiymət isə 3 milyon 650 min 256,34 manat olub.
Şirkət daha öncədə də qurumdan 2 milyon 470 min 555,14 dəyərində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə ehtiyac olan USM (Ultra səs müəyinə) cihazının satınalınması və 4 milyon 620 min 573 dəyərində tibbi cihaz və kompüter avadanlıqları ilə bağlı tenderlərin qalibi olub.
Qeyd edək ki, "Medsol" MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 24 000 000 manatdır. Şirkətin qanuni təmsilçisi Qabil Salmanov Nazim oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 2F, m.0 ünvanında yerləşir.












