Sabunçu Rayon Mühafizəsi İdarəsi “Avtomobil nəqliyyat vasitələrinin satın alınması” ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki. tenderdə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1800105751
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 12
Müsabiqənin başlama tarixi və vaxtı: 12.07.2023 15:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 02.08.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.08.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 11.08.2023 12:00
Ödəniş şərtləri
İcraçının təqdim etdiyi sənədlər (hesab-fakturalar, qaimə-fakturalar, təhvil-təslim aktları və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, 15 (on beş) bank günündən gec olmamaq şərti ilə hesaba köçürmə ilə aparılır.
Çatdırılma yeri -Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 12
Çatdırılma müddəti - 01 dekabr 2023-cü il tarixədək.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Maliyyə vəziyyəti haqqında bank arayışı
Rekvizitlər
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Vüsal Əbilov - Növbətçi köməkçisi-tender komissiyasının üzvü
Email: [email protected] [email protected]
Əlaqə telefonu: +994124255210 +994552117477
Ölçüləri: uzunluq, en, hündürlük (mm) maksimum – 4150x1800x1550, klirens(mm) minimum-160, Yanacaq sərfiyatı (L-100 km qarışıq rejimdə) -6,0-7,0 litr, Oturacaqların sayı-5. Mühərrik: mühərrik həcmi (cc) maksimum - 1500, Silindrlərin sayı (ədəd)-4, Maksimal güc (a/g) minimum-98, Maksimal surət (km/s) minimum- 160, Sürətlənmə (0–100 km/s dək san.) minimum- 13, Yanacaq çəninin həcmi (litr) maksimum 50. Transmissiya: ön ötürücülü, 6 pilləli avtomatik sürət qutusu. Təhlükəsizlik: ABS, ESC, HAC, ön sürücü və sərnişin hava yastıqı, yan və pərdə tipli təhlükəsizlik yastıqları, sərnişinin təhlükəsizlik kəmər xatırladıcısı, Immobilizer + siqnalizasiya, mərkəzi kilid, təkərlərdə təzyiqə nəzarət sistemi (TPMS). İnteryer: sükanda audio və telefon idarəetmə sistemi, dəri ilə işlənmiş mailliyə və çıxışa görə tənzimlənən sükan çarxı, dəri ilə işlənmiş sürətlər qutusunun lingi, arxa oturacaqların 60/40 qatlanması, oturacaqların parca örtüyü, kondinsioner-iqlimə nəzarət sistemi, şturman lampası, 8-dyumluq multimediya sistemi, android auto və car play sistemlərini dəstəkləyir səslə idarə etmə sistemi, Radio+CD+Mp3+AUX+USB, arxa oturacaqlar üçün usb çıxışı, bluetooth. Eksteryer: təkər-disk ölçüləri minimum-195/55/R16, yüngül xəlitəli disklər, damı lyuksüz, kuzov rəngində avtomatik tənzimlənən, qatlanan, qızdırılan yan güzgülər, yan güzgülərdə dönmə işıqları, LED ön faralar (yaxın və uzaq işıqlar) + fara təmizləyənlər, ön faraların səviyyə görə mexaniki tənzimləyicisi, LED gündüz işıqları, LED ön duman əleyhinə faralar, arxa görüntülü kamera, arxa park sensorları. Rəsmi servis zəmanəti: minimum 5 il və ya 150000 km Sayı -20 ədəd |