Sabunçu Rayon Mühafizəsi İdarəsi "Avtomobil nəqliyyat vasitələrinin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "Az. Kia Motors" MMC olub.
Qalib şirkətə 5 nəqliyyat vasitəsi üçün 181 997 manat ödəyəcək.
Xatırladaq ki, avtomibillərə verilən tələblər bunlardır.
Ölçüləri: uzunluq, en, hündürlük (mm) maksimum – 4150x1800x1550, klirens(mm) minimum-160, Yanacaq sərfiyatı (L-100 km qarışıq rejimdə) -6,0-7,0 litr, Oturacaqların sayı-5. Mühərrik: mühərrik həcmi (cc) maksimum - 1500, Silindrlərin sayı (ədəd)-4, Maksimal güc (a/g) minimum-98, Maksimal surət (km/s) minimum- 160, Sürətlənmə (0–100 km/s dək san.) minimum- 13, Yanacaq çəninin həcmi (litr) maksimum 50. Transmissiya: ön ötürücülü, 6 pilləli avtomatik sürət qutusu. Təhlükəsizlik: ABS, ESC, HAC, ön sürücü və sərnişin hava yastıqı, yan və pərdə tipli təhlükəsizlik yastıqları, sərnişinin təhlükəsizlik kəmər xatırladıcısı, Immobilizer + siqnalizasiya, mərkəzi kilid, təkərlərdə təzyiqə nəzarət sistemi (TPMS). İnteryer: sükanda audio və telefon idarəetmə sistemi, dəri ilə işlənmiş mailliyə və çıxışa görə tənzimlənən sükan çarxı, dəri ilə işlənmiş sürətlər qutusunun lingi, arxa oturacaqların 60/40 qatlanması, oturacaqların parca örtüyü, kondinsioner-iqlimə nəzarət sistemi, şturman lampası, 8-dyumluq multimediya sistemi, android auto və car play sistemlərini dəstəkləyir səslə idarə etmə sistemi, Radio+CD+Mp3+AUX+USB, arxa oturacaqlar üçün usb çıxışı, bluetooth. Eksteryer: təkər-disk ölçüləri minimum-195/55/R16, yüngül xəlitəli disklər, kuzov rəngində avtomatik tənzimlənən, qatlanan, qızdırılan yan güzgülər, yan güzgülərdə dönmə işıqları, LED ön faralar (yaxın və uzaq işıqlar) + fara təmizləyənlər, ön faraların səviyyə görə mexaniki tənzimləyicisi, LED gündüz işıqları, LED ön duman əleyhinə faralar, arxa görüntülü kamera, arxa park sensorları. Rəsmi servis zəmanəti: minimum 5 il və ya 150000 km