"Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsi işıqlandırıcı dirəklərin satınalınması ilə bağlı açıq tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, qalib "Meqaplus" Firması olub.
Həmin şitkətə 210 ədəd dirək üçün ümumilikdə 1 milyon 181 min 652 manat ödəniləcək. Qeyd edək ki, müsabiqənin şərtində ehtimal olunan qiymət 1 milyon 365 min 24 manatdır.
Alınması nəzərdə tutulan dirəklərin siyahısı isə belədir:
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi | Kod |
---|---|---|---|---|---|
1 |
İşıqlandırıcı dirək 1 |
Dirək 1 ədəd gövdə, 4 ədəd bəzək hissələrindən və 2 ədəd çıraqdan ibarətdir.Gövdə hissəsi qara metal, bəzək hissələri isə tökmə alüminiumdur.Dirəyin üst hissəsinə yerləşdirilən bəzəkdə 2 ədəd çırağı bərkidilmə yeri mövcuddur.Çıraqlar şar tiplidir və dirəyin ümumi hündürlüyü 11 metrdir. |
90 |
ədəd |
39111609 |
2 |
İşıqlandırıcı dirək 2 |
Dirək 3 hissədən ibarəttir. 1.Gövdə hissəsi: Konus formalıdır və 12 metr hündürlüyə malikdir.Aşağı hissəsinin diametri 32sm, yuxarı hissəsi diametri 5 sm-dir. 2.Qol hissəsi: Uzunluğu 60 sm, diametri 6 sm-dir. 3.Çıraq |
60 |
ədəd |
39111609 |
3 |
İşıqlandırıcı dirək 3 |
Dirək 3 hissədən ibarəttir. 1.Gövdə hissəsi: Konus formalıdır və 14 metr hündürlüyə malikdir. Aşağı hissəsinin diametri 32sm, yuxarı hissəsi diametri 5 sm-dir. 2.Qol hissəsi: Uzunluğu 60 sm, diametri 6 sm-dir. 3.Çıraq |
40 |
ədəd |
39111609 |
4 |
İşıqlandırıcı dirək 4 |
Dirək 3 hissədən ibarəttir. 1.Gövdə hissəsi: Konus formalıdır və 7 metr hündürlüyə malikdir. Aşağı hissəsinin diametri 32sm, yuxarı hissəsi diametri 5 sm-dir. 2.Qol hissəsi: Uzunluğu 40 sm, diametri 6 sm-dir. 3.Çıraq |
20 |
ədəd |
39111609 |