İnnovasiya və Təchizat Mərkəzi Kliniki Tibbi Mərkəzin 1 saylı korpusunun, həmçinin 7 saylı korpus və mətbəx binasının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, sözü gedən tenderin qalibi "ORN Group" MMC olub.
İşlərin icrası üçün qalib şirkətə 9 milyon 902 min 629,24 AZN məbləğində vəsait ödəniləcək.
Görüləcək işlərin tam siyahısı ilə bu linkdən tanış olmaq olar.