“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təmir və bərpa işləri ilə bağlı üç tenderə yekun vurub.
Təhsil müəssisəsi təmir işləri ilə bağlı – TENDER KEÇİRİR
FED.az xəbər verir ki, hər üç tenderin qalibi Atelier Erich Pummer GmbH şirkəti olub. Xarici şirkət tenderlərdən ümumilikdə 6 645 000 manat dəyərində sifariş qəbul edib.
Qeyd edək ki, Atelier Erich Pummer GmbH, bir Avstriya şirkətidir və Azərbaycanda əsasən memarlıq və dizayn sahəsində fəaliyyət göstərir. Şirkət memarlıq layihələrində estetik və funksionallığı birləşdirən yüksək səviyyəli xidmətlər təklif edir.
Tenderlər haqqında daha detallı :
№ |
Satınalma predmeti |
Məbləğ |
1 |
Multanı karvansarasının təmiri və bərpası |
2 645 000 AZN |
2 |
Qala divarlarının təmiri və bərpası |
2 000 000 AZN |
3 |
Buxara karvansarasının təmiri və bərpası |
2 000 000 AZN |