“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi ölkənin müxtəlif bölgələrində su infrastrukturunun bərpası məqsədilə ümumi dəyəri 1 101 000,13 AZN olan 6 tender elan edib.
Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
FED.az xəbər verir ki, tenderlər Quzanlı, Arayatılı, Bəşəru, Kürdəmir, Biləsuvar və Tovuz kimi ərazilərdə suvarma kanalları və nasos stansiyalarının əsaslı təmiri, beton üzlüklə yenilənməsi və avadanlıqların yenidən qurulması işlərini əhatə edir.
Satınalma elanlarına əsasən, Quzanlı-2 nasos stansiyasının qidalandırdığı N-3 torpaq məcralı kanalın 1,1 kilometr hissəsində beton üzlük işləri və üzərindəki qurğuların əsaslı təmiri üzrə satınalma elan edilib. Bu işlərin ehtimal olunan dəyəri 105.000 AZN, iştirak haqqı isə 250 AZN-dir.
R-3-25 paylayıcı beton kanalının 1,8 kilometrlik hissəsinin və üzərindəki qurğuların təmiri üçün ehtimal olunan qiymət 300.000 AZN, iştirak haqqı 350 AZN olaraq müəyyənləşdirilib.
Bəşəru su gətirici kanalının 650 paqon metrlik beton üzlüklü hissəsinin əsaslı təmiri üzrə müsabiqə elan edilib. Ehtimal olunan qiymət 230.000 AZN, iştirak haqqı 350 AZN-dir.
Arayatılı-1 tərpənməz nasos stansiyasının 1 aqreqatının əsaslı təmiri üzrə elan edilən tenderin dəyəri 215.000 AZN, iştirak haqqı isə 350 AZN təşkil edir.
Kürdəmir Su Meliorasiya Sistemləri İdarəsinin balansında olan Ərəbxana nasos stansiyasında nasos, elektrik və mexaniki avadanlıqların əsaslı təmiri üçün elan edilən tenderin dəyəri 150.000 AZN, iştirak haqqı 250 AZN-dir.
Nəhayət, Biləsuvar və Tovuz rayonlarında yerləşən nasos stansiyalarında 6 nömrəli aqreqat və elektrik mühərriklərinin əsaslı təmiri üçün elan edilən satınalmanın dəyəri 101.000,13 AZN, iştirak haqqı isə 250 AZN-dir.
Bütün tenderlərdə əlaqələndirici şəxs olaraq Satınalmaların təşkili və icrasına nəzarət şöbəsinin Satınalmaların təşkili sektorunun müdiri Elşad Fərəcov göstərilib. Maraqlanan şəxslər onunla [email protected] elektron poçt ünvanı və +994 12 377 07 70 (601) nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.