Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən elan olunan iki satınalma müsabiqəsinə yekun vurulub və qalib şirkətlər müəyyən edilib.
Ağcabədinin küçələrini işıqlandıracaq şirkət 635 min manat qazanacaq - TENDER
İlk tender "SK Servis" MMC tərəfindən qazanılıb. Qalib şirkət, xüsusi hərəkətli robotlarla quru yolu vasitələrinin ayrı-ayrı tez sıradan çıxan hissələrinin yenilənməsi, cari və əsaslı təmiri, həmçinin alətlərin satın alınması üzrə xidmətləri göstərəcək. Bu müqavilənin dəyəri 1.727.898,03 AZN təşkil edir. Qalib şirkətin VÖEN-i 1603651291-dir.
Qeyd edək ki, “SK SERVİS” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Saleh Arifli Arif oğludur. Hüquqi ünvanı AZ1002, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli, ev 1B, m.121 ünvanında yerləşir.
İkinci tenderin qalibi isə "İdeal Motors" MMC olub. Bu müqavilə çərçivəsində şirkət Fövqəladə Hallar Nazirliyinə məxsus 2 ədəd "JAC T8" markalı avtomobilin təmir və texniki servis xidmətlərini həyata keçirəcək. Müqavilənin ümumi dəyəri 1.445.972 AZN-dir. Qalib şirkətin VÖEN-i 1305797061 göstərilib.
Qeyd edək ki, "İdeal Motors" MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Zaur Abbasov Vidadi oğludur. Hüquqi ünvanı AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi pr., ev 88D, məhəllə 3166 ünvanında yerləşir.
Beləliklə, hər iki tender üzrə ümumi məbləğ 3.173.870,03 AZN təşkil edir.