“Dövlət Sosial Müdafiə Fondu” PHŞ (VÖEN: 1300050781) Layihələrin idarə olunması, Fərdi uçota nəzarət və Sosial sığorta departamentləri, habelə SÖTMF üçün Ofis sahəsinin və binanın daxilində Arxiv sahəsinin icarəsi xidmətlərinin satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.
Dövlət qurumu aylıq 112 min manata ofis icarələyir – FİZİKİ ŞƏXSLƏ 4,6 MİLYONLUQ MÜQAVİLƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi fiziki şəxs Qiyasov Alim Yusif oğlu (VÖEN: 1302620552) olub.
Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 1 milyon 305,8 min manat təşkil edib. Müqaviləyə görə, fiziki şəxs 5 min 590 kvadrat metr sahəni 12 aylıq icarəyə verib. Aylıq icarə haqqı 108,8 min manat təşkil edib.
Qeyd edək ki, imzalanmış müqavilə 2025-ci ilin sentyabr ayında da imzalanmışdı. Bu müqavilənin şərtləri iləötən ilki müqavilənin şərtləri və məbləği eynidir.
Bundan başqa, ötən ilin fevralında fiziki şəxs Qiyasov Alim Yusif oğlu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya PHŞ (VÖEN: 1006433071) ilə 1 milyon 169 min manatlıq satınalma müqaviləsi imzalamışdı. Bu müqaviləyə görə, dövlət qurumu 2 min 691 kvadrat metr ofisi 24 aylıq icarəyə götürmüşdü. Aylıq icarə haqqı 48,7 min manat təşkil edirdi.














