Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edib.
Bu ərazidə elektrikli avtobuslar üçün elektrik doldurma stansiyaları quraşdırılacaq
FED.az xəbər verir ki, müsabiqə satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınmasını əhatə edir.
Qeyd edək ki, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisinin tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcəkdir. İştirakçılar tərəfindən satınalma predmetinin ümumi həcmindən daha az həcmdə yaşayış sahəsi təklif edildikdə Satınalan təşkilat bu təkliflər üzərindən qiymətləndirmə edərək qalibi müəyyən edir. Bu halda təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 20000 kv.m-dən az olmamalıdır.
Müsabiqədə iştirak haqqı 10 000 AZN-dir.
Satınalan təşkilatın VÖEN-i: 1403502281
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40
Ehtimal olunan qiymət: 200 433 333 AZN
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06.11.2025 10:00
Zərflərin açılış tarixi və vaxtı: 06.11.2025 10:00
Təchizatçılarla vasitəçi olmadan əlaqəni təmin edən və məlumat mübadiləsini aparan vəzifəli şəxs: Adil Sadıqov, Əsas vəsaitlərlə iş departamentinin mənzillərin idarə edilməsi şöbəsinin rəisi
Email: [email protected]
Əlaqə telefonu: +994 12 498 18 01













