“BakuBus” MMC elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Tikinti şirkətləri üçün böyük fürsət: Qarabağda 19,3 milyonluq - TENDERLƏR
FED.az xəbər verir ki, sözügedən tender elektrik enerjisi ilə işləyən avtobuslar üçün dolum stansiyalarının alınması və onların Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində yerləşən avtobus parkına quraşdırılması ilə bağlı keçirilib.
Tenderin qalibi "Electrify Azerbaijan" MMC olub.
Qalib şirkətlə bağlanan müqavilənin dəyəri 1 193 451 AZN təşkil edir. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, "Electrify Azerbaijan" MMC 2020-ci ildə yaradılıb və nizamnamə kapitalı 100 AZN-dir. Şirkətin qanuni təmsilçisi Tariyel Rüstəmov Nazim oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 1-dir.













