İcbari Tibbi Sığorta Dövlət Agentliyi "Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satın alınması tenderinin nəticələrini açıqlayıb.
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən - 46 MİLYONLUQ DƏRMAN SİFARİŞİNİ - KİM QAZANDI?
-
"Avromed" dövlət agentliyindən 14 milyonluq sifariş aldı - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi "Avromed Company" QSC (vöen: 1500166751) olub.
Şirkətlə 47 892 058 manat məbləğində müqavilə imzalanıb.
"Avromed Company" QSC bundan əvvəl də agentliklə 14 108 425 manat dəyərindəki ““Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” çərçivəsində dərman vasitələrinin satın alınması. II elan" (08.02.2022) müqavilə bağlayıb.
Şirkət 2019-cu ildən indiyədək 36 satınalma müqaviləsi imzalayıb
Qeyd edək ki, "Avromed Company" 20.12.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 57 000 manatdır. Qanuni təmsilçisi Kamran iskəndərov İnqilab oğludur. Hüquqi ünvanı Az Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti ev 153-də yerləşir.