İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "“Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” çərçivəsində dərman vasitələrinin satın alınması. II elan" tenderinin nəticələrini açıqlayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən - 46 MİLYONLUQ DƏRMAN SİFARİŞİNİ - KİM QAZANDI?
Dövlət Agentliyinin 2 milyon manatlıq tenderinin qalibi - AÇIQLANDI
FED.az xəbər verir ki, tenderin qalibi "Avromed Company" QSC (vöen: 1500166751) olub.
Tenderin dəyəri 14 10 8425 manatdır.
Şirkət bundan əvvəl də agentlikdən 12 080 268 manat dəyərindəki “Hemofiliya xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində” dərman vasitələrinin satın alınması (14.03.2022) və 38 075 408.manat dəyərindəki “Şəkərli Diabet dövlət Proqramı” üzrə inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələrinin satın alınması tenderlıəri üzrə sifarişlər alıb.
Ümumilikdə "Avromed" şirkəti ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında indiyədək 35 tender müqaviləsi bağlanılıb.
Qeyd edək ki, "Avromed Company" 20.12.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 57 000 manatdır. Qanuni təmsilçisi Kamran iskəndərov İnqilab oğludur. Hüquqi ünvanı Az Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti ev 153-də yerləşir.