İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satın alınması tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Avromed Company" QSC (vöen: 1500166751) olub.
Tenderin dəyəri 45 855 968 manatdır.
Şirkət bundan əvvəl də agentlikdən 12 080 268 manat dəyərindəki “Hemofiliya xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində” dərman vasitələrinin satın alınması (14.03.2022) və 38 075 408.manat dəyərindəki “Şəkərli Diabet dövlət Proqramı” üzrə inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələrinin satın alınması tenderlıəri üzrə sifarişlər alıb.
Qeyd edək ki, "Avromed Company" 20.12.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 57 000 manatdır. Qanuni təmsilçisi Kamran iskəndərov İnqilab oğludur. Hüquqi ünvanı Az Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti ev 153-də yerləşir.