"Azərbaycan Dövlət Ehtiyatları Agentliyi" Publik Hüquqi Şəxsi tərəfindən yük nəqliyyat vasitəsinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Auto Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 49 min 900 manat təşkil edir. Ehtimal olunan qiymət isə 70 min 410 manat idi.
"Buraxılış ili : 2025-ci il
Yükgötürmə qabiliyyəti : 3 500 – 5 000 kq
Maksimum yüklü kütlə : 7 999 kq
Mühərrik növü : Dizel, su ilə soyudulan
Mühərrik həcmi : 2.0 – 4.0 litr
Sürətlər qutusu : Mexaniki, 5 və ya 6 pilləli + arxa pillə
Təkər formulu : 4×2
Kabina tipi : 3 nəfərlik, təhlükəsizlik kəməri
Kuzov tipi : bortlu, yanları və üstü tentli (jaluz tipli) Kuzovun daxili ölçüləri (U×E×H): 4000–4500×2000–2200×1900–2200 mm
Əyləc sistemi : Hidravlik, ABS sistemi ilə
Asqı sistemi : Ön – müstəqil, Arxa – yarpaq yaylı
Təkər tərkibi : 6 təkərli + ehtiyat təkərlə birlikdə
Kabin istilik və havalandırma sistemi : Standart kondisioner və soba
Rəng : Ağ və ya boz (standart zavod rəngi)
Zəmanət müddəti : Minimum 24 ay və ya 200 000 km"
Qeyd edək ki, "Auto Azərbaycan" MMC bundan əvvəl "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi Şəxsi (TƏBİB) tərəfindən sedan tipli nəqliyyat vasitələrinin satın alınması üzrə keçirilən tenderin də qalibi olub. Həmin müqavilənin dəyəri 120 min 600 manat təşkil edib.
Qeyd edək ki, “Auto Azərbaycan” MMC 24 iyun2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 17 352 742 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emil İsmayılov Hüseyn oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 118 ünvanında yerləşir.











