Müdafiə Sənayesi Nazirliyi minik avtomobillərinin alınması ilə bağlı keçirdiyi satınalmanı yekunlaşdırıb.
FED.az xəbər verir ki, satınalmanın qalibi Auto Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkət Nazirlik üçün minik avtomobillərini 454 min 800 manat dəyərində təqdim edəcək.
Ümumilikdə 12 avtomobilin alınması nəzərdə tutulur. Ehtimal olunan qiymət 456 min 600 manat idi.
Avtomobillər üçün verilən tələblər isə belədir:
Buraxılış ili minimum 2024-cü il, yürüş 0 km, yanacaq növü benzin, minimum 120 at gücü, 0-100 km 11.3 san., maksimal sürətlənmə 195 km/h, sedan tipli, yanacaq çəninin tutumu minimum 47 litr, baqaj həcmi minimum 400 litr, rəngi qara, mühərrikin həcmi minimum 1591 sm³, hündürlük minimum 1430 mm, uzunluq minimum 4675 mm, en minimum 1825 mm, klirens minimum 135 mm, sürücü və ön sərnişin hava yastığı, 6 pilləli avtomatik transmissiya, mexaniki sürət həddi yardımçısı, təkərlərin hava təzyiqinə nəzarət sistemi, ABS sistemi, elektron stabilliyə nəzarət sistemi, yoxuşda qalxmaq üçün dəstəyə nəzarət, mərkəzi kilid, uzunluğa və hündürlüyə görə tənzimlənən sükan, uzaqdan idarəetmə asqısı olan açar, ön və arxa park radar, cruise control, güzgülərin elektrikli tənzimlənməsi isidilməsi, güzgülərdə dönmə işıqları, led ön faralar, arxa duman əleyhinə faralar, 205/55 R 16 lehimli disklər, bleutooth, audio displey, sükanda audio kontrol, arxa görüntü kamerası, iki zonalı kondisioner, ön çəkən, təklif olunan markanın Bakı şəhərində rəsmi servis mərkəzi olmalıdır və təklif olunan avtomobillərə rəsmi servis tərəfindən minimum 60 ay və ya 100000 km zəmanət verilməlidir.
Qeyd edək ki, “Auto Azərbaycan” MMC 24 iyun2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 17 352 742 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emil İsmayılov Hüseyn oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 118 ünvanında yerləşir.











