Sosial Xidmətlər Agentliyi (VÖEN: 1405196831) açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqə “İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması”na aiddir. Satınalmanın ehtimal olunan qiyməti iki yüz altmış üç min səkkiz yüz səksən manat 80 qəpikdir.
Təkliflərin son təqdim olunma tarixi 20 oktyabr 2025-ci il saat 17:00-a kimidir. Zərflərin açılışı da 20 oktyabr 2025-ci il saat 17:00-da baş tutacaq.
Miqdar icarəyə götürüləcək sahənin 12 aylıq cəmi m²-nə əsasən hesablanmışdır. 1093 m²x12 ay= 13116 m
İştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manatdır.
Əlaqələndirici şəxs – Camal Nəhmətov, Baş mütəxəssis.
Əlaqə vasitələri: [email protected], +994 12 525 41 30 (daxili 5158).
İddiaçılar təkliflərini 20 oktyabr 2025-ci il tarixinədək Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi, bina 1, mərtəbə 2 ünvanına təqdim edə bilərlər.