"Enerji Məsələlərini Tənzimləmə Agentliyi" 2025-ci il üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit standartlarına uyğun hesabatın hazırlanması xidməti üzrə keçirdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "NR PROAUDİT" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1605662201) seçilib.
Qalib şirkətlə 8 201 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 24 810 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, "NR PROAUDİT" MMC bundan əvvəl "Təhsil Tələbə Krediti Fondu"nun audit xidmətləri ilə bağlı 27 avqust 2025-ci il tarixində keçirdiyi 9 600 manatlıq tenderin də qalibi olub.
Bildirək ki, "NR PROAUDİT" MMC 200 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Rəhimov Nicat Nazim oğludur. Hüquqi ünvanı AZ1031, Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Nizami Abullayev, ev.4/11 ünvanıdır.












