"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC (VÖEN – 1005599801) kotirovka sorğusu elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti müəssisənin illik maliyyə-təsərrüfat fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması və nəticələrinin qiymətləndirilməsi məqsədilə müstəqil maliyyə auditinin aparılması xidmətidir. Ehtimal olunan qiymət 8 658 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 15 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 17 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxslər:
Sadiq Əhmədzadə - baş mütəxəssis ([email protected], +994 51 207 76 04)
Saday Məmmədov - baş mühasib ([email protected], +994 51 207 76 03)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 15 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 3123-cü məhəllə ünvanına təqdim edə bilərlər.













