Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi “İnformasiya təhlükəsizliyinin təmin edilməsi və İT infrastrukturunun dəstəklənməsi üzrə iş və xidmətlər”in satın alması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "B And B Security Alliance Limited" MMC olub. Şirkətlə 2 milyon 406 min 206 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 35 min 280 manat dəyərindəki “Agentlikdə tətbiq ediləcək elektron xidmətlərin quraşdırılması üçün tələb olunan lisenziyaların satın alınması” (03.10.2022) tenderini qazanıb.