“Azərbaycan Hava Yolları” QSC “Azərbaycan Hava Yolları” QSC üçün tikintidə istifadə olunan mal, material, alət və avadanlıqların satınalınması” işlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Universal PRO" QSC olub. Şirkətlə 496 min 229 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin 625 min 523 manat dəyərindəki “Elektrik dərinlik subartezian nasos aqreqatları üçün sarğı naqilləri və güc kabellərinin satınalınması” (02.11.2022) tenderini qazanıb.