Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti “Sumqayıt şəhəri, Qaradağ, Abşeron, Ağdam, Füzuli, Bərdə, Goranboy, Şabran rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri.” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Uluxanlı" MMC olub. Şirkətlə 299 min 88 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl qurumun 243 min 093 manat dəyərindəki “Bakı şəhəri ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri” (08.09.2022) tenderini qazanıb.