Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərnişindaşıma avtomobillərinin satınalınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, tenderin nəticələrinə görə "Yenimotor" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qalib olub.
Agentlik qalib şirkətlə dəyəri 741 300 manat ödəyəcək.
Müqavilədə 7 mikroavtobusun alınması nəzərdə tutulur.
Mikroavtobusların hər birinin qiyməti təxminən 105 900 manat təşkil edir.
Avtobuslara verilən tələblər isə bunlardır: Ban növü - Mikroavtobus, 17+1 oturacaqlı, Yürüş: 0 km, Buraxılış ili minimum: 2023-cü il, mühərrik həcmi min. 2.2 L, 4 slindirli turbo dizel mühərriki, min 154 at gücündə, 6 pilləli müxaniki transmissiya, hava yastıqlı, mərkəzi kilid, ABS, ESP Traction Control, 3 nöqtəli təhlükəsizlik kəməri, immobilayzer, hidravlik sükan, multifunksional sükan, audio sistem, ön elektrik şüşəqaldırıcı, ön və arxa park sensorları, duman əleyhinə faralar, ehtiyat təkər, yanğınsöndürən balon, tibbi çanta, kondisioner, ayaqaltı dəsti, ölçüləri minimum - 6300/2300/2000 mm , min. 24 ay və ya 100000 km-ə qədər zəmanətlə